- 16:03
İsrailin hücumlarının davam etdiyi Qəzza zolağında, son 24 saat ərzində daha bir nəfərin həyatını itirməsi ilə ümumi ölənlərin sayı 73 400-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu baröədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlki hücumlar zamanı ağır yaralanmış bir nəfər son 24 saat ərzində həyatını itirib, daha iki nəfər isə yaralanıb.
10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəs razılaşmasından bəri Qəzza zolağında həlak olanların sayı 1266-ya, yaralıların sayı isə 4200-ə çatıb. Dağıntılar altından 813 nəfərin cəsədi çıxarılıb.
İsrailin 7 oktyabr 2023-cü ildə başladığı hücumlardan bəri ümumi ölü sayı 73 400-ə yüksəlib, yaralıların sayı isə 174 312-yə çatıb.
Humay Eminqızı