- 16:39
Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 6 438 nəfərə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes sosial şəbəkə hesabında məlumat yayıb.
Açıqlamada yaralananların sayının 16 740 nəfərə çatdığı qeyd olunub.
Rodriqes qeyd edib ki, təbii fəlakət zamanı ən çox insan və əmlak itkisinə məruz qalan La-Quayra əyalətində hökumət indiyədək vətəndaşlara 335 mənzil təhvil verib.
59 109 evdə ziyanın qiymətləndirilməsi işləri aparılıb. Bunlardan 34 680-i yaşayış üçün yararlı, 13 733-ü məhdud istifadəyə yararlı, 10 696-sı isə yüksək riskli kimi təsnif edilib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi.
Humay Eminqızı