- 16:39
"Azəristiliktəchizat" ASC0-nin Xarici elektrik xətlərinin çəkilməsi (Qazanxanaya çevriləcək 2935A məhəlləsi 1 saylı və Gəncə pr. 35-də yerləşən 2 saylı mövcud istilik məntəqələri üzrə) ilə bağlı elan etdiyi tender baş tutmayıb.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 29.187,29 manatdır.
Humay Eminqızı