- 16:51
ABŞ federal məhkəməsi Prezident Donald Tramp administrasiyasına ölkədə yaşayan və işləyən 5 mindən çox Efiopiya vətəndaşı üçün müvəqqəti müdafiə statusunu (TPS) ləğv etməyə icazə verib.
E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin rəsmi sənədində bildirilib.
Beləliklə, ABŞ-nin Bostondakı dairə məhkəməsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Efiopiya vətəndaşları üçün müvəqqəti müdafiə statusunu ləğv etməsinə mane olan sonuncu qadağanı aradan qaldırıb.
Bu qərar ABŞ Ali Məhkəməsinin iyun ayında Tramp administrasiyasına minlərlə Haiti və Suriya vətəndaşı üçün analoji müdafiə tədbirlərini ləğv etməyə icazə verməsindən sonra qəbul edilib.
"Temporary Protected Status" proqramı 1990-cı ildən ABŞ-də fəaliyyət göstərir və ölkədə olan, eləcə də qayıtmaq üçün təhlükəsiz hesab edilməyən (müharibələr, təbii fəlakətlər və ya digər böhranlar səbəbindən) dövlətlərdən gəlmiş mühacirlərə deportasiya təhlükəsi olmadan ABŞ-də 6 aydan 18 aya qədər qanuni olaraq yaşamağa və işləməyə imkan verir.