Çində torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb


  • 10:32

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanların sayı beş nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Televiziyası məlumat yayıb.

Dağıntılar altında qalanların hamısının cəsədinin çıxarıldığı bildirilib.

Qeyd edək ki, hadisə avqustun 17-də Nandan rayonunda tikinti işləri zamanı baş verib.

Hazırda dağıntının nəticələrinin aradan qaldırılması üzrə işlər və araşdırma davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər