Bu şəxslərə alma yemək olmaz


  • 10:56

Alma yemək stomatoloji problemləri olanlara tövsiyyə olunmur.

E-huquq.az xəbər varir ki, bu barədə rRusiyanın Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyi üzrə Federal Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Yuliya Çexonina məlumat verib.

“Gündə ən azı beş porsiya tərəvəz və meyvə yemək tövsiyə olunur. Əgər beş porsiyanın hamısı alma ilə təmin edilərsə, bu da tamamilə məqbul hesab olunur. Ümumiyyətlə, gündə orta hesabla iki-üç alma yemək yalnız sağlamlığımıza fayda verə bilər. Yeganə istisna odur ki, çiy və təzə alma stomatoloji problemlər zamanı, çeynəmə funksiyası pozulduqda, ağrı ilə müşayiət olunan diş və diş əti xəstəliklərində, həmçinin həzm sistemi xəstəliklərinin kəskin mərhələsində - qastrit, mədə və ya nazik bağırsağın onikibarmaq bağırsaq hissəsinin xora xəstəliyi zamanı tövsiyə edilmir”, - deyə Y. Çexonina bildirib.

O, qeyd edib ki, əgər belə əks-göstərişlər mövcuddursa, bişirilmiş və ya püre halına salınmış almaların istehlakı məqbuldur.

Mütəxəssis qeyd edir ki, sağlam bir insan üçün ən böyük faydanı qabığı ilə birlikdə yeyilən təzə almalar təmin edir.

Humay Eminqızı

Oxşar xəbərlər