- 10:56
Hindistanın Kəlküttə şəhərinin mərkəzində yerləşən oteldə baş verən güclü yanğın nəticəsində doqquz nəfər həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğının başvermə səbəbi hələ müəyyən edilməyib.
Hadisə zamanı 80 nəfəri xilas etmək mümkün olub.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, ölənlər müalicə üçün Kəlküttəyə gəlmiş Banqladeş vətəndaşları olublar. Onlar yatarkən huşlarını itirib və sıx tüstüdən boğularaq ölüblər.
Bir neçə nəfər isə ağır vəziyyətdə təcili xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, yanğına qısaqapanma və ya kondisionerin partlaması səbəb olub.
Humay Eminqızı