- 14:00
Kolumbiya Prezidenti Abelardo de la Espriella ABŞ Dövlət Katibi Marko Rubio ilə telefon danışığı zamanı zəlzələ səbəbindən ölkəyə tətbiq edilən əlavə gömrük rüsumlarının müvəqqəti olaraq dayandırılmasını xahiş edib.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident “X” sosial media platformasında məlumat yayıb.
O, Rubio ilə çox səmərəli söhbət apardığını bildirib.
Abelardo de la Espriellanın sözlərinə görə, o Ticarət naziri Mauricio Qomezə məsələni şəxsən həll etmək üçün bu gün birbaşa Vaşinqtona getməyi tapşırıb.
"Baş vermiş faciədən sonra ABŞ-nin Kolumbiyaya göstərdiyi dəstəyə, xüsusilə də iqtisadi və humanitar yardımlara, həmçinin xilasetmə qruplarının cəlb edilməsinə görə Katib Rubioya təşəkkürümü bildirdim", - Prezident bildirib.
O qeyd edib ki, bu gün Kolumbiya və ABŞ hər zamankından daha çox birlik içində olmalıdır.
Qeyd edək ki, Avqustun 10-da Kolumbiyada baş vermiş 7,4 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 300-ü ötüb.
Humay Eminqızı