- 14:04
Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Luqansk Xalq Respublikasının beş yaşayış məntəqəsinə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, region rəhbəri Leonid Paseçnik bu barədə öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində 3 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Onun sözlərinə görə, Rubejnoye şəhərində “Luqanskteplo” şirkətinin qəza briqadasının avtomobilinə edilən hücum nəticəsində 3 işçi həlak olub, 2 nəfər yaralanıb.
Yol təmiri zamanı xüsusi texnikaya Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 3 nəfər xəsarət alıb.
Luqanskda avtomobil təmiri stansiyasına və şirniyyat sexinə endirdiyi zərbə nəticəsində 2 sakin yaralanıb.
Lisiçanskda yaşayış evlərinə PUA hücumları nəticəsində 2 qadın yaralanıb.
Starobelsk dairəsində yük avtomobilinə edilən hücum nəticəsində isə sürücü yaralanıb.
Humay Eminqızı