- 14:27
Türkiyənin Sivas bölgəsində daha 1 nəfər Krım-Konqo qızdırmasından ölüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldızeli rayonunun Belcik kəndində yaşayan fermer Əziz Kayanı gənə dişləyib.
Bir müddət sonra səhhəti pisləşən Kaya yaxınları tərəfindən Yıldızeli Dövlət Xəstəxanasına aparılıb.
Daha sonra Sivas Xəstəxanasına köçürülən Kaya Krım-Konqo Hemorragik Qızdırması (KKHQ) şübhəsi ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu il Sivasda gənə dişləməsi səbəbindən baş verən ölüm hallarının sayı 13-ə çatıb.
Humay Eminqızı