İstanbulda zəncirvari yol qəzası olub: yaralılar var


  • 14:04

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Büyükçekmece rayonunda iki avtomobil və sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Nəqliyyat vasitələri ərazidən kənarlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Humay Eminqızı

Oxşar xəbərlər