- 15:00
Yunanıstanda daha bir nəfər Qərbi Nil virusuna yoluxub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Yunanıstanda ilk yoluxma faktı Tiva şəhərində aşkarlanıb.
Şiddətli baş ağrısı şikayəti ilə Tiva Xəstəxanasına müraciət edən şəxsdə Qərbi Nil virusu aşkar edilib.
Hər hansı xroniki xəstəliyi olmayan pasiyentin səhhətinin yaxşı olduğu bildirilib.
Bundan sonra Mərkəzi Yunanıstan Regional Administrasiyasının qrupları Tiva ətrafındakı ərazidə ağcaqanadlara qarşı təcili və hədəfə yönəlmiş dərmanlama işlərinə başlayıb.
Yunanıstan Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) məlumatlarına əsasən, ilin əvvəlindən 5 avqusta qədər ölkədə 65 yoluxmafaktı aşkarlanıb və 65 yaşdan yuxarı altı nəfər həyatını itirib.
Yunanıstanda ötən ilin avqust ayınadək Qərbi Nil virusuna yoluxma ilə bağlı 35 hal qeydə alınmışdı. Həmin ilin sonuna qədər yoluxma hallarının ümumi sayı 96-ya çatıb və virus səbəbindən 10 nəfər dünyasını dəyişib.
Humay Eminqızı