Rusiya sutka ərzində Ukraynaya məxsus 965 PUA vurub


  • 14:52

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 965 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 11 idarə olunan aviabomba və 5 ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış raket də məhv edib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 213 410 pilotsuz uçuş aparatı (PUA), 69 659 ədəd xüsusi hərbi avtomobil texnikası, 36 198 səhra artilleriya qurğusu və minaatan, 30 644 ədəd tank və digər zirehli döyüş texnikası, 1 774 ədəd raket əleyhinə müdafiə sistemi, 674 təyyarə, 669 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər