- 16:13
Braziliyanın cənubundakı Parana əyalətində mikroavtobusla yük maşını toqquşub.
E-huquq.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Qəza səhər saatlarında magistral yolda baş verib. Yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində azı 22 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Həlak olanların əksəriyyəti mikroavtobusdakı sərnişinlər olub. Yük maşınının sürücüsü də hadisə yerində həyatını itirib.
Qəzanın səbəbi araşdırılır.
Humay Eminqızı