Rusiya "TikTok"-u cərimələdi


  • 16:13

Moskvanın Taqanski Rayon Məhkəməsi məlumata çıxışın məhdudlaşdırılması ilə bağlı qaydaları pozduğuna görə "TikTok" platformasını cərimələyib.

E-huquq.az xəbər verir ki, Bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, cərimə 3 milyon rubl təşkil edib.

"TikTok" şirkəti Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsi üzrə məsuliyyətə cəlb edilib.

2025-ci ilin oktyabrında "TikTok", Roskomnadzorun tələbinə baxmayaraq, LGBT və pedofiliyanı təbliğ edən məlumatları silməyib.

Humay Eminqızı

Oxşar xəbərlər