- 16:13
Fransa tarixinin ikinci ən uzunmüddətli istilik dalğasını yaşayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 28-də başlayan və 22 gün davam edən isti hava dalğası 1983-cü ildə qeydə alınan 23 günlük istilik dalğasından sonra ölkə tarixində ən uzunmüddətli ikinci belə hadisə olub.
Fransanın meteorologiya agentliyi "Meteo-France"ın məlumatına görə, istilik dalğası zamanı temperatur iyulun 29-da, avqustun 12-də və 14-də rekord səviyyələrə yüksəlib.
Məlumata əsasən, Fransa bu il müşahidələrin aparılmağa başlandığı dövrdən bəri ən isti iyul ayını keçirib. Ötən ay ölkə üzrə orta temperatur 24,9 dərəcə Selsi təşkil edib.
İyul ayında yağıntıların miqdarı da normadan 70 faiz az olub. Bununla da ay Fransada tarix üzrə üçüncü ən quraq iyul kimi qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, temperaturun yüksəlməsi və şiddətli quraqlıq meşə yanğınları riskini artırır.
Fransa bu il tarixinin ən ağır meşə yanğınları mövsümlərindən birini yaşayır. Yanğınlar nəticəsində indiyədək 117 min hektardan çox ərazi yanaraq külə dönüb.
Humay Eminqızı