Rusiya ordusu Jitomiri reaktiv dronlarla vurdu: 2 polis ölüb, azı 10 yaralı var - FOTO


  • 19:10

Rusiya ordusu Ukraynanın Jitomir vilayətinə “Banderol” tipli reaktiv dronlarla hücum edib.

E-huquq.az xəbər verir ki, hücumun hədəfi Milli Polis Qərargahının binası olub.

Nəticədə 2 polis zabiti həlak olub, azı 10 nəfər xəsarət alıb.

Zərbələr binanın 4-cü mərtəbəsində və damında yanğına səbəb olub.

Yanğınsöndürənlər, təcili tibbi yardım və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.

Oxşar xəbərlər