- 19:53
Ermənistan 2026-2031-ci illərdə Avropa İttifaqı ilə strateji tərəfdaşlığını dərinləşdirməyi və Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun icrasını davam etdirməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üzrə fəaliyyət proqramının layihəsində bildirilib.
Sənəddə Ermənistanın demokratiya, qanunun aliliyi, iqtisadiyyat, maliyyə, ətraf mühit və sosial müdafiə sahələrində Aİ standartlarına uyğunlaşmasının davam etdiriləcəyi qeyd olunur.
Bundan əlavə, Ermənistan vətəndaşlarının Aİ ölkələrinə səfərləri üçün viza tələbinin ləğvinə nail olmaq məqsədilə viza liberallaşdırılması üzrə fəaliyyət planının tamamlanması nəzərdə tutulur.