İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər öldü


  • 22:41

İsrailin Qəzzada polis bölməsinə endirdiyi hava hücumu nəticəsində doqquz fələstinli ölüb, daha 15 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" polis və tibb xidmətinə istinadən xəbər verib.

Məlumata görə, bələdiyyə polisinin qərargahına edilən hücumda həlak olanlar arasında səkkiz yüksək vəzifəli zabit, eləcə də hücum zamanı yaxınlıqda olan 13 yaşlı qız da var.

Çərşənbə günü İsrailin başqa hava hücumu nəticəsində Qəzzanın mərkəzindəki Nüseyrat qaçqın düşərgəsində bir nəfər həlak olub.

Qəzzanın Səhiyyə Nazirliyi və İsrailin Müdafiə Ordusunun məlumatına görə, ötən ilin oktyabrda atəşkəs razılaşdırıldıqdan bəri Qəzzada 1 200-dən çox fələstinli və dörd İsrail əsgəri həlak olub.

Oxşar xəbərlər