- 11:39
İranla müharibə başlayandan bəri yaralanan amerikalı əsgərlərin sayı 750-ni keçib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumat yayıb.
Müdafiə Nazirliyinin İtki Analizi Sisteminin (DCAS) məlumatlarına əsasən, prosesin başladığı 28 fevral tarixindən bəri 18 ABŞ əsgəri həlak olub, 757 nəfər isə yaralanıb.
Ötən ay Pentaqon 7 iyul tarixindən etibarən həlak olan və ya yaralanan şəxsi heyəti izləmək məqsədilə məlumat bazasında "Xaricdəki əməliyyatlar" başlığı altında yeni bir kateqoriya yaradıb.
Ötən ay məlumat bazasından çıxarılmış dörd ölüm və onlarla yaralanma halı ilə bağlı qeydlər sonradan sistemə yenidən daxil edilib. Müdafiə Nazirliyi bildirib ki, sözügedən məlumat itkisinə müvəqqəti məlumat kəsintiləri səbəb olub.
Humay Eminqızı