- 11:39
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 40 trilyon dollar həddini keçib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik 18 avqust tarixinə olan ümumi dövlət borcu ilə bağlı məlumatları açıqlayıb.
Məlumatlara əsasən,hesabat dövründə ictimai borcun həcmi 32,265 trilyon dolları, hökumətdaxili borc isə 7,781 trilyon dolları ötüb.
Nəticədə, ABŞ-ın ümumi dövlət borcu 40,047 trilyon dollar səviyyəsində müəyyən edilib.
ABŞ-ın dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dollar həddini keçdi. Ölkənin dövlət borcu beş ildən az müddətdə 10 trilyon dollar artdı.
Pandemiya dövründəki iqtisadi dəstək paketləri, artan faiz xərcləri və vergi endirimləri kimi amillər bu artıma səbəb olub.
Bu ilin əvvəlində ABŞ-nin dövlət borcu 38,4 trilyon dollar təşkil edirdi.
Humay Eminqızı