İstanbulda gəmidə zəhərlənən 4 heyət üzvü xəstəxanaya yerləşdirilib


  • 11:15

Türkiyənin İstanbul şəhərində, Zeytinburnu sahilləri yaxınlığında gəmidə zəhərlənmə şübhəsi ilə bağlı hadisə baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Marşall Adaları bayrağı altında üzən “Valianta” gəmisinin dörd heyət üzvü xəstələnib. Onlardan üçü Çin, biri isə Myanma vətəndaşıdır.

İstanbul Valiliyinin məlumatına görə, avqustun 19-da Zeytinburnu sahilindən təxminən 9 dəniz mili məsafədə olan gəmidən zəhərlənmə şübhəsi ilə bağlı yardım çağırışı daxil olub.

Hadisə ilə əlaqədar əraziyə təcili tibbi yardım əməkdaşları, xilasedcilər cəlb olunub.

Zərərçəkmişlər Sahil Mühafizəsinin qayığı ilə Ataköyə gətirilib və burada tibbi heyətə təhvil verilib.

Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən dörd heyət üzvünün müalicəsinin davam etdiyi bildirilir. Onların həyati təhlükəsinin olmadığı qeyd olunub.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər