Seuta çimərliyindən miqrantların çıxarılmasına başlanılıb


  • 11:39

İspaniya polisi və Mülki Qvardiyası səhər İspaniyanın anklav şəhəri Seutada El-Trampolin çimərliyində düşərgə salan təxminən 4 min qeyri-qanuni miqrantın çıxarılması əməliyyatına başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, düşərgənin ləğv edilməsi barədə qərar dünən axşam qəbul edilib.

Təxminən 30 polis avtomobili yarım kilometrlik ərazini mühasirəyə alaraq miqrantların qurduqları müvəqqəti çadır düşərgəsini əhatəyə alıb.

Məlumata əsasən, İspaniyanın Daxili İşlər Nazirliyi miqrantları şəhərdə tikilməkdə olan müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürmək niyyətindədir.

Xatırladaq ki, iyulun sonlarında on minlərlə qeyri-qanuni miqrant üzərək şəhərə çatmağa nail olub.

Böhran fonunda İspaniya rəsmiləri şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbi qüvvələri cəlb etmək qərarına gəlib.

Ehtimal edilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə geri qayıdıb.

İspaniya rəsmiləri təxminən 5000 miqrantın hələ də şəhərdə qala biləcəyini düşünürlər.

Humay Eminqızı

Oxşar xəbərlər