Qəzzada ölənlərin sayı açıqlandı


  • 12:48

Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağında atəşkəsi pozması nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 283 nəfərə, yaralananların sayı isə 4 248 nəfərə çatıb.

Dağıntılar altından 813 nəfərin cəsədi çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 417 nəfərə, yaralananların sayı isə 174 360 nəfərə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər