İndoneziyada zəlzələ nəticəsində 80 min nəfər evsiz qalıb


  • 13:01

İndoneziyanın Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 82 691 insan evsiz qalıb, təxminən 29 min evə ziyan dəyib.

E-huquq.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilib ki, 18 019 ailə zəlzələdən zərər çəkib.

72 nəfər həlak olub, 900 nəfər yaralanıb.

Xatırladaq ki, avqustun 15-də İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətindəki Flores adası sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.

"Antara" xəbər agentliyinin məlumatına görə, İndoneziyanın maliyyə naziri Purbaya Yudhi Sadewa hökumətin zəlzələdən zərər çəkmiş ərazilərin sakinlərinə yardım məqsədilə 44 milyard İndoneziya rupisi (2,47 milyon ABŞ dolları) ayırdığını açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər