Rusiya sutka ərzində Ukraynaya məxsus 1 504 PUA vurub


  • 13:51

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 1 504 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 11 idarə olunan aviabomba da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 214 914 pilotsuz uçuş aparatı (PUA), 69 742 ədəd xüsusi hərbi avtomobil texnikası, 36 211 səhra artilleriya qurğusu və minaatan, 30 660 ədəd tank və digər zirehli döyüş texnikası, 1 774 ədəd raket əleyhinə müdafiə sistemi, 674 təyyarə, 669 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər