Almaniyada 14 min nəfər istilər səbəbindən həyatını itirib


  • 14:07

Bi il Almaniyada 14 000 nəfər istilər səbəbindən həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu 1992-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Epidemioloqların hesablamalarına görə, 1994-cü ildə 10 100, 2018-ci ildə isə 8 700 nəfər isti havalar səbəbindən həyatını itirib.

Bu yay baş verən ölüm hallarının əksəriyyəti 75 yaşdan yuxarı olanlar arasında qeydə alınıb.

Robert Kox İnstitutu öz təhlilində həddindən artıq isti hava şəraitinin hökm sürdüyü iki dövrü müəyyən edib. Birinci dövr iyunun sonuna, ikinci dövr isə iyulun sonu ilə avqustun əvvəlinə təsadüf edib. Ən çox ölüm halı 9 600 nəfər olmaqla iyunun 22-dən 28-dək olan dövrdə qeydə alınıb.

İyunun 22-dən 28-dək Almaniyada orta gündəlik temperatur 26,4 dərəcə təşkil edib, bəzi bölgələrdə isə gündüz temperatur 40 dərəcədən yuxarı qalxıb.

Humay Eminqızı

Oxşar xəbərlər