İranda qadınların geyimi ilə bağlı tətbiq olunan məhdudiyyətlər yumşaldılıb


  • 16:44

İran hökuməti müharibə şəraitində daxili birliyi gücləndirmək siyasəti çərçivəsində qadınların geyimi ilə bağlı tətbiq olunan məhdudiyyətləri müəyyən dərəcədə yumşaldıb.

E-huquq.az xəbər verir ki, əxlaq polisinin nəzarət tədbirlərinin zəiflədilməsindən sonra ölkədə, xüsusilə böyük şəhərlərdə sosial həyatın canlanmağa başladığı bildirilir.

Etirazlar 2022-ci il sentyabrın 17-də məcburi baş örtüyü qaydasını pozduğu iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin polis nəzarətində vəfat etməsindən sonra başlamışdı.

Əvvəlcə əxlaq polisinin sərt müdaxiləsi ilə yatırılan etirazlar sonrakı dövrdə də davam edib və zaman-zaman yenidən alovlanıb.

ABŞ və İsrailin İrana qarşı hücumları fonunda rejim ətrafında qismən birləşən iranlılar ölkədə azadlıq tələbləri ilə bağlı mübarizədə yeni mərhələyə qədəm qoyublar.

İran hökumətinin müharibə şəraitində daxili birliyi gücləndirmək siyasəti çərçivəsində qadınların geyimi ilə bağlı məhdudiyyətlərin müəyyən dərəcədə yumşaldıldığı bildirilir.

Ölkə tarixindəki ən uzunmüddətli etirazlardan sonra, xüsusilə Tehranda baş örtüyü qaydalarına əməl etməyən qadınların sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Uzun müddətdir ictimai müzakirələrin əsas mövzularından biri olan əxlaq polisinin küçələrdəki fəaliyyətinin azalması və məcburi tədbirlərin yumşaldılması istiqamətində atılan addımlar sosial həyata da təsir göstərib.

Xüsusilə gənclərin sıx məskunlaşdığı ərazilərdə insanların əvvəlki dövrlə müqayisədə daha sərbəst hərəkət etdiyi və sosial həyatın canlandığı müşahidə olunur.

Qeyd edək ki, İranda qadınlar uzun illərdir ciddi geyim məhdudiyyətləri ilə üzləşirlər. Lakin 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra bu qaydaların tətbiqi ilə bağlı gərginlik daha da artıb və ölkə üzrə genişmiqyaslı etirazlara səbəb olub.

Humay Eminqızı

Oxşar xəbərlər