- 22:05
Kiyevin Qolosiivski rayonunda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində ticarət mərkəzində yanğın baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hadisə nəticəsində ilkin olaraq 2 nəfərin yaralandığı, bir nəfərin isə öldüyü bildirilir.
Qeyd edək ki, Rusiya ordusu 19-dan 20-nə keçən gecə boyu Kiyev və ətraf bölgələrinə zərbələr endirib. Hücumlar nəticəsində 15 nəfər ölüb, 39 nəfər yaralanıb, 12 nəfər isə xilas edilib.