Türkiyədə çimərlikdə bir ailənin üç üzvünün meyiti tapılıb


  • 09:49

Türkiyənin Kocaeli şəhərinin Darıca rayonunda sahildə iki qadının meyiti aşkarlanıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qısa müddət sonra həmin ərazidə bir kişiyə məxsus meyit də aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və Sahil Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Aparılan araşdırmalar nəticəsində həyatını itirən şəxslərin 17 yaşlı Məhəmməd Əli Sakər, 24 yaşlı Gülşah Sakər və 15 yaşlı Belinay Sakər olduğu müəyyən edilib.

Eyni ailədən olan üç bacı-qardaşın cənazələri dəqiq ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün ekspertizadan keçirilmək məqsədilə morqa aparılıb.

İtkin olduğu müəyyən edilən digər bacı Bilgənur Sakərin isə axtarışlar nəticəsində sağ tapıldığı məlum olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər