İndoneziyada Semeru vulkanı 3 dəfə püskürüb


  • 10:35

İndoneziyanın Yava adasının şərq hissəsində yerləşən Semeru vulkanı azı 3 dəfə püskürüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Antara" məlumat yayıb.

Püskürmə zamanı vulkan külü kraterdən 800 metr yüksəkliyə və ya dəniz səviyyəsindən 4476 metr yüksəkliyə qalxıb.

Püskürmə cənub-şərq istiqamətlərinə yayılan sıx ağ və boz rəngli kül ilə müşayiət olunub.

Rəsmilər sakinləri və turistləri vulkanın kraterinə 5 kilometr radiusda yaxınlaşmağa çağırıb.

Qeyd edək ki, Semeru İndoneziyanın 4-cü ən hündür vulkanıdır. O dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşir və Yava adasındakı ən yüksək zirvədir.

Humay Eminqızı

Oxşar xəbərlər