"İrana kimin rəhbərlik etdiyi məlum deyil" - Tramp


  • 10:37

"İran rəhbərlərinin ölümü Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasını çətinləşdirən amillərdən biridir".

E-huquq.az xəbər verir ki, bu bunu ABŞ Prezidenti Donald Tramp söyləyib.

"Problemin bir hissəsi ondan ibarətdir ki, İranın bir çox lideri ölüb. Razılaşma əldə etmək asan deyil. Ölkəyə kimin rəhbərlik etdiyi məlum deyil”, - deyə ABŞ lideri bildirib.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ İranla münaqişədə qarşıya qoyduğu məqsədlərə uğurla nail olur. O, xüsusilə, Tehranın nüvə silahına yiyələnməsinə imkan vermədiklərini qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər