ABŞ-də təyyarə qəzaya uğradı, 8 nəfər öldü


  • 10:59

ABŞ-nin Alyaska ştatının paytaxtı Ankoricdən 725 kilometr qərbdə yerləşən "Cape Newenham" Uzaq Mənzilli Radar Stansiyası ərazisində çarter reysi həyata keçirən təyyarə qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ hərbi qüvvələri məlumat yayıb.

Hadisə nəticəsində göyərtədəki iki pilot və altı sərnişin həlak olub.

Çarter reysinin məqsədi barədə heç bir məlumat verilməyib.

Bildirilib ki, sözügedən radar stansiyası Sakit Okean Hərbi Hava Qüvvələrinin Regional Dəstək Mərkəzi tərəfindən idarə olunur və Alyaskanın hava məkanında, eləcə də sərhədləri boyunca hərəkət edən hava gəmilərini izləyən uzaq məsafəli radar şəbəkəsinin bir hissəsidir.

Humay Eminqızı

Oxşar xəbərlər