Hörmüz boğazından keçən gəmilərin sayı iki dəfə azalıb


  • 14:13

Dünən Hörmüz boğazından keçən gəmilərin sayı əvvəlki günlə müqayisədə iki dəfə azalıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Kpler" analitik şirkətinə istinadən məlumat verib.

Yaxın Şərqdə gəmiçiliklə bağlı risklərin artması fonunda həmin su yolundan yalnız 7 yük gəmisi keçib.

Analitiklərin məlumatına əsasən, 4 gəmi boğaza daxil olub, 3-ü isə oradan çıxıb.

Onların arasında iri neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) tankerləri olmayıb. Bununla belə, propan və butan daşıyan çox iri qazdaşıyıcı gəmi boğazdan İran marşrutu ilə keçib.

Bildirilib ki, Hörmüz boğazı ətrafında yaranmış hazırkı vəziyyət su yolunun tam açılması ilə bağlı razılaşmanın əldə olunacağına dair nikbinliyi daha da azaldıb.

Humay Eminqızı

Oxşar xəbərlər