- 15:05
"ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi yeni sanksiyalar əhalinin əsas xidmətlərə çıxışına mane olur".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges söyləyib.
O, rəsmi Vaşinqtonun Kubanın mədənçıxarma, xarici ticarət və metallurgiya sektorlarını hədəf alan sanksiyalarını tənqid edib.
Kuba XİN rəhbəri ABŞ dövlət katibi Marko Rubionu Kuba hökumətinin əhaliyə əsas xidmətlər göstərməsinə mane olmaq məqsədilə qəsdən hərəkət etməkdə ittiham edib.
Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər ərzaq, dərman və tibbi avadanlıq daşıyan konteynerlərin, xüsusilə də Kubanın mikro, kiçik və orta müəssisələri tərəfindən təmin olunan məhsulların ölkəyə çatdırılmasına mane olur.
ABŞ bundan əvvəl Kubada siyasi və iqtisadi dəyişikliklərə nail olmaq məqsədilə həyata keçirdiyi təzyiq kampaniyası çərçivəsində ölkənin doqquz dövlət qurumunu sanksiya siyahısına əlavə edib.
Humay Eminqızı