- 15:34
Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Nilüfer rayonunda iki avtomobilin toqquşub.
Qəza nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.
Əraziyə polis, tibb və yanğınsöndürmə briqadaları cəlb edilib.
Yaralılar Bursa Şəhər Xəstəxanasına aparılıblar.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisənin səbəbi araşdırlır.
Humay Eminqızı