Rusiya həftə ərzində Ukraynaya məxsus 8 477 PUA vurub


  • 14:42

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son həftə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 8 477 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 26 ədəd uzaqmənzilli “Flaminqo” qanadlı raket, 70 idarə olunan aviabomba, ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış 17 raket də məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər