- 15:34
Türkiyənin Karabük şəhərində bir yaşayış kompleksinin həyətindən təxminən dörd yük maşını həcmində zibil ərazidən daşınıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Karabük məhəlləsində yerləşən yaşayış kompleksində mənzil sahibi olan N.Ş. və oğlu M.Ş. uzun müddət ərzində topladıqları kartonları binanın həyətində yığıblar. Tullantıların uşaq meydançalarına qədər yayılması və yanğın təhlükəsi yaratması səbəbindən sakinlər aidiyyəti qurumlara müraciət ediblər.
Məlumat daxil olduqdan sonra Karabük Bələdiyyəsinin işçiləri və polis əməkdaşları tərəfindən ərazidə tədbir görülüb. İşçi qrupları həyətdə toplanmış karton və digər tullantıları yığaraq yük maşınlarına yükləyiblər.
Təmizləmə zamanı ərazidən təxminən dörd yük maşını həcmində tullantı çıxarılıb.
Ana və oğul işçilərə etiraz ediblər.
Humay Eminqızı