İsrail ordusu Livanın cənubuna hava və artilleriya zərbələri endirib


  • 14:56

İsrail ordusu Livanın cənubuna hava və artilleriya zərbələri endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Məlumata görə, İsrailə məxsus döyüş təyyarələri Sur (Tyr) şəhəri yaxınlığında yerləşən Mənsuri qəsəbəsini hədəfə alıb. Hücumlar nəticəsində güclü partlayışlar baş verib. Partlayış səsləri ətrafdakı bir sıra yaşayış məntəqələrində də eşidilib.

İsrail qüvvələri Nəbatiyyə bölgəsinin Bint Cəbeil rayonunda yerləşən Hədəsə və Teyri qəsəbələrinə də zərbələr endirib.

Gecə saatlarında isə Nəbatiyə əl-Fəvqə qəsəbəsi yaxınlığındakı Əli Tahir təpəsi, eləcə də Dəbşə təpəsi ilə Kəfr Rumman arasındakı ərazi hədəfə alınıb.

Döyüş təyyarələri Kəfr Rumman bölgəsinə və Nəbatiyə əl-Fəvqənin şimal hissələrinə də zərbələr endirib.

Bundan başqa, İsrail ordusu Şərqi Zəvtar istiqamətində yerləşən Mayfadun qəsəbəsinin ətrafını fasilələrlə artilleriya atəşinə tutub.

Hücumlar nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər