- 16:40
Dünyanın ən yaşlı insanı Britaniyalı Etel Katerhem 117 yaşını qeyd edir.
E-huquq.az "BBC"yə istinadən xəbər verir ki, London yaxınlığındakı Surrey qraflığında qocalar evində yaşayan qadın doğum gününü ailəsi və dostları ilə birlikdə qeyd edəcək.
Ginnesin Rekordlar Kitabı açıqlama yayaraq Katerhemin 117 yaşına çatan ilk britaniyalı qadın kimi rəsmi şəkildə tanındığını bildirib.
Uzunömürlüləri araşdıran beynəlxalq təşkilat “LongeviQuest”in rəhbəri Ben Meyersin sözlərinə görə, Katerhem sənədlərlə təsdiqlənmiş yaşları nəzərə alınmaqla tarixdə ən uzun ömür sürmüş insanlar siyahısında 13-cü yerdədir.
Humay Eminqızı