- 16:40
Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Pavel Kuznetsovu nazirliyə çağırıb.
E-huquq.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, səfirin çağırılmasına səbəb Rusiyaya məxsus hərbi təyyarənin Finlandiyanın hava məkanını pozması ilə bağlı iddialar olub.
Daha əvvəl "Yle" portalı Finlandiya Sərhəd Mühafizə Xidmətinə istinadən xəbər vermişdi ki, avqustun 20-də Rusiyanın "İl-20" təyyarəsi Finlandiyanın hava məkanına daxil olub.
Rusiya Müdafiə Nazirliyi isə iddiaları təkzib edərək bildirib ki, Rusiya hərbi təyyarələrinin bütün uçuşları beynəlxalq hava məkanından istifadə qaydalarına uyğun həyata keçirilir.
Humay Eminqızı