- 22:50
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 14 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün "Telegram" kanalında bildirib.
"Krivoy Roqda rusların ticarət mərkəzinə hücumu nəticəsində artıq 14 nəfər həlak olub", - o qeyd edib.
Onun sözlərinə görə, 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.
"İtkin düşənlər var, onlarla əlaqə saxlamaq mümkün olmur", – A. Qanja əlavə edib.
***
Rusiya Silahlı Qüvvələrinin Krivoy Roqa endirdiyi PUA zərbəsi nəticəsində yaralananların sayı 103 nəfərə çatıb, onlardan 11-i uşaqdır.
E-huquq.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, yaralananlardan 27-nin vəziyyəti ağırdır.
Son məlumatlara görə, 6 nəfər ölüb.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roqdakı ticarət mərkəzinə endirdiyi və nəticədə azı 5 nəfərin öldüyü zərbəni terror aktı adlandırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkələrdə yazıb.
Zelenskinin sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) ilə ticarət mərkəzinə iki dəfə zərbə endirilib. İlk zərbədən və başlayan yanğından təxminən yarım saat sonra hadisə yerinə gələn xilasetmə xidmətlərinə təkrar zərbə endirilib.
"Belə zərbələr terror aktıdır və dünya bunlara müvafiq şəkildə reaksiya verməlidir", - Zelenski vurğulayıb.
Hazırda mövcud olan məlumata görə, 5 nəfər ölüb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja isə bildirib ki, yaralananların sayı artaraq 91-ə çatıb. Onlardan 20 böyüyün və 1 uşağın vəziyyəti ağırdır.
***
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.
"Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib", - Qanja qeyd edib.
Onun sözlərinə görə, azı 5 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.
Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və arta bilər.