BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək


  • 21 Avqust 23:25

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq.

E-huquq.az xəbər verir ki, bu, ümumdünya təşkilatının rəsmi saytında dərc olunan cədvəldən məlum olur.

İclasın gündəliyində "Ukraynada sülhün və təhlükəsizliyin qorunması" mövzusu yer alır. Başlanğıc Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.

İclasın təşəbbüskarları qismində Avropa ölkələri, Danimarka, Fransa, Yunanıstan, Latviya və Böyük Britaniyanın daxil olduğu "E5" qrupu çıxış edib.

Oxşar xəbərlər