Almaniya uzaqmənzilli silahlara 12 milyard avro xərcləyəcək


  • 10:28

Almaniya hakimiyyəti yeni uzaqmənzilli silah arsenalının yaradılmasına təxminən 12 milyard avro xərcləməyi planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə “Die Welt” Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb.

“Almaniya yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır. Müdafiə Nazirliyi bunun üçün təxminən 12 milyard avro həcmində maliyyə vəsaitinə ehtiyac olacağını gözləyir”, - nəşr yazıb.

Məlumata görə, Almaniya Müdafiə Nazirliyi ilk belə sistemləri 2027-ci ildə əldə etməyi planlaşdırır. Texniki baxımdan daha mürəkkəb silahların isə 2030-cu illərin ortalarınadək arsenalda yer alması nəzərdə tutulur.

Sənədlərdə bildirilir ki, yeni silah sistemləri yüzlərlə, hətta minlərlə kilometr məsafədə yerləşən hədəfləri vurmağa imkan verməlidir.

Oxşar xəbərlər