- 22 Avqust 23:28
Krivoy Roqda supermarket direktoru Rusiya Federasiyasının ticarət mərkəzinə hücumundan sonra şübhəli elan edilib.
E-huquq.az xatırladır ki, hücum nəticəsində 16 nəfər ölüb, 130 nəfər isə yaralanıb.
Ukraynanın daxili işlər naziri İvan Vıqovski özünün Facebook səhifəsindəki paylaşımına bildirib ki, Dnepropetrovsk vilayət polisinin müstəntiqləri vəzifə səhlənkarlığı faktı üzrə cinayət işi başlayıblar və bu iş çərçivəsində, xüsusən də Krivyi Roq ticarət mərkəzinə sahib olan şirkətin vəzifəli şəxslərinin hərəkətlərini yoxlayacaqlar.
Nazirin sözlərinə görə, polis müstəntiqləri və prokurorlar supermarketlərdən birinin direktorunu şübhəli elan ediblər.
Bildirilir ki, yerli hakimiyyət orqanları hava hücumu zamanı işi dayandırmaq barədə ticarət mərkəzinin rəhbərliyinə xəbərdarlıq etsələr də, obyekt fəaliyyətini davam etdirib.
"Orada xeyli sayda ölü tapılıb. Rusiyanın bu hədəfə endirdiyi zərbə nəticəsində 16 nəfər ölüb, təxminən 130 nəfər yaralanıb. Şəhərdə hava həyəcanı elan edilən andan ilk dron zərbəsi arasında təxminən 20 dəqiqə keçib. Bu müddər ərzində ticarət mərkəzi boşaldılmalı idi", - deyə məlumatda qeyd edilir.
Vıqovski bildirib ki, istintaq zamanı polis, xüsusən də ziyarətçilərin və işçilərin düzgün məlumatlandırılıb-məlumatlandırılmadığını, binadan təxliyə üçün vaxtında göstəriş verilib-verilmədiyini müəyyən edəcək və həmçinin sığınacağın bağlı qapıları barədə internetdə yayılan məlumatları yoxlayacaq.
Daxili İşlər Nazirliyinin rəhbəri yekun olaraq bildirib ki, həm bütün məsul şəxslərin hərəkətləri, həm də təsdiq edilmiş cavab alqoritmləri hərtərəfli araşdırılacaq - onların cəbhə bölgəsindəki real təhdidlərə uyğunlaşdırılıb-uyğunlaşdırılmadığı araşdırılacaq.