- 11:03
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin (USQ) təminatında istifadə olunan liman və gəmilərə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, USQ-nin ehtiyacları üçün yük daşınmasında istifadə olunan gəmilərə hücum olunub.
Zərbələr yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilib.
Məlumata görə, Odessa vilayətinin "Yujnı" limanında USQ-nin təminatı üçün yanacaq-sürtkü materialları gətirən tanker vurulub. Həmçinin limanın fəaliyyətini təmin edən “Adjalik” PS-330 elektrik yarımstansiyasına və yanacaq-sürtkü materialları anbar kompleksinin ərazisində beş yanacaq çəninə zərbə endirilib.
Bundan əlavə, logistika terminalının ərazisində hərbi təyinatlı əmlakın saxlanıldığı 10 anbar və hərbi yüklərin boşaldılması və saxlanılması üçün istifadə olunan liman infrastrukturunun obyektləri də vurulub.
Humay Eminqızı