- 10:06
Çinin Quansi-Çjuan Muxtar Rayonunda "Narra" tayfunu səbəbindən 54 000 nəfəri təxliyə edib.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Təxliyə tədbirləri güclü yağışlar və daşqın təhlükəsi səbəbindən həyata keçirilib.
Rəsmi məlumatlara görə, sözügedən ərazidə yüksək risk zonasına 61 min sakin daxildir.
Müvafiq dövlət qurumları insan tələfatının qarşısını almaq və maddi zərəri minimuma endirmək üçün tədbirləri davam etdirdiyini bildirib.
Məlumata görə, çin hər yay güclü yağışların yaratdığı fəsadlarla üzləşir. Təkcə iyul ayı ərzində ölkədə təxminən 2,5 milyon insan təxliyə edib. Son bir ay ərzində tayfunlar, leysan yağışları, torpaq sürüşmələri, qasırğalar və digər təbii fəlakətlərin ölkəyə vurduğu iqtisadi ziyan 57,15 milyard yuan (8,41 milyard ABŞ dolları) həcmində qiymətləndirilir.
Humay Eminqızı