Məzmuna keç

Konqoda Ebola səbəbindən ölənlərin sayı 2 642 nəfərə çatıb

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 2 642 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində 51 yeni yoluxma faktı aşkar edilib.

Hazırda 5 515 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Virus səbəbindən xəstəxanalarda və karantin məntəqələrində 700 nəfər müalicə alır.

Humay Eminqızı