- 12:48
Qvineyanın paytaxtı Konakridə tullantıların toplandığı ərazidə baş verən torpaq sürüşməsi nəticəsində azı 31 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə “RFI” radiosu məlumat yayıb.
***
Qvineyanın paytaxtı Konakridə tullantıların toplandığı ərazidə baş verən torpaq sürüşməsi nəticəsində azı 22 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Konakridə yağan güclü yağışlar "Dar-əs-Salam" kimi tanınan məişət tullantılarının yığıldığı ərazidə tullantı kütləsinin yuyularaq sürüşməsinə səbəb olub.
Nəticədə həmin ərazidə yerləşən daxma və müvəqqəti tikililər uçub.
Axtarış-xilasetmə işləri davam etdiyi üçün rəsmilər ölənlərin sayının arta biləcəyini bildirib.
Humay Eminqızı