Avropa Komissiyası Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayırıb


  • 12:48

Avropa Komissiyası (AK) 90 milyard avroluq kredit proqramı çərçivəsində Ukrayna üçün 6,1 milyard avro dəyərində yeni müdafiə təyinatlı satınalmaları təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb.

Vəsaitlər hava hücumundan və raket əleyhinə müdafiə sistemlərinə, raketlərə, döyüş sursatlarına və radarlara yönəldiləcək.

“Ukraynanın Müstəqillik Günündə Avropa nümayiş etdirir ki, bizim dəstəyimiz sarsılmaz və konkret xarakter daşıyır. Bu gün biz Ukraynaya təcili lazım olan hava hücumundan və raket əleyhinə müdafiə sistemləri, raketlər, döyüş sursatları və radiolokasiya stansiyaları üçün 6,1 milyard avronun ayrılmasını təsdiqlədik. Rusiya hücumlarını gücləndirdiyi bir vaxtda biz Ukraynaya öz xalqını qorumağa və hava məkanını müdafiə etməyə kömək etmək üçün səylərimizi artırırıq. Avropa Ukrayna ilə həmrəydir və ona ehtiyac duyduğu vasitələri lazım olan vaxtda təqdim edəcəyik”, AK-nın Prezidenti Ursula Fon der Lyayen deyib.

Humay Eminqızı

Oxşar xəbərlər